Tarix: 25.04.2024 / 13:19
Dünyanın ən böyük nüvə mərkəzində çalışan  azərbaycanlı fizik

Dünyanın ən böyük nüvə mərkəzində çalışan azərbaycanlı fizik

Diaspora.TV “Azərbaycanlılar dünyada” rubrikasında dünyanın ən böyük nüvə mərkəzində çalışan azərbaycanlı fizik, professor Anar Rüstəmovu təqdim edir.

Anar Rüstəmov 1977-ci ildə Şamaxı rayonunda, ziyalı ailəsində anadan olub. O, 2002-ci ildə Almaniyanın Darmştadt şəhərində yerləşən Ağır İonların Elmi Tədqiqatları Mərkəzinə elmi işçi kimi dəvət edilir. Azərbaycanlı alim orada yerləşən HADES təcrübəsində işləməyə başlayır. 2006-cı ildə isə Almaniyada nüvə fizikası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alır. O, Almaniyada fizika üzrə doktor adını qazanmış ilk həmyerlimizdir.

A.Rüstəmov həmçinin, Frankfurt Universitetində Subatom Fizikası, Nüvə Fizikası, Statistik Fizika fənlərindən mühazirələr oxuyub və Almaniya, Polşa, Misir, İtaliya və Türkiyədən olan tələbələrin elmi işlərinə rəhbərlik edib. O, 2016-cı ildə nüvə fizikası sahəsində əldə etdiyi uğurları nəzərə alınaraq CERN-in Elmi Şurasında səsvermə yolu ilə ALİCE təcrübəsinin fizika qrupuna rəhbər təyin olunur.

2017-ci ilin yanvar ayında isə Almaniyanın Heydelberq Universiteti nüvə fizikası sahəsində əldə etdiyi uğurlara və göstərdiyi nəticələrə əsaslnaraq A.Rüstəmova professor adı verilir.

Qeyd edək ki, azərbaycanlı alim nüvə toquşmalarından alınmış nəticələrin statistik analizini yerinə yetirmək üçün ehtimal nəzəriyyəsinə əsaslanan bir neçə üsul təklif edir ki, bu üsuldan dünyanın bir çox universitet və institutlarında istifadə olunur.




Şərhlər

Yaz...