Xəbər verdiyimiz kimi, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) azərbaycanlı gənclərə “Xaricdə təhsil almaları üçün müraciət prosesinə dəstək” adlı layihəsinin ilk qalibləri artıq dünyanın müxtəlif ölkələrində dərslərə başlayıblar.
Layihənin qalibi olan gənclər Diaspora.TV-yə müsahibə veriblər. Növbəti müsahibimiz isə Aytac Əsgərova olub.
A.Əsgərova “University College London”da Qabaqcıl Kimya Mühəndisliyi üzrə təhsil almaq imkanı qazanıb.
A.Əsgərova dünyanın 9 nüfuzlu universitetindən qəbul alıb.
Qeyd edək ki, birinci mərhələdə Fonda ümumilikdə 325 nəfər müraciət etmişdi. Müraciət edənlər arasından akademik göstəriciləri daha yüksək olan 30 gənc seçilmişdi. 30 gəncin də arasından Fondun Təhsil layihəsi 10 tələbə qazandı. Seçilmiş 10 nəfərdən (2-si müəyyən səbəblərdən gedə bilməyib) 8-i artıq dünyanın ən nüfuzlu universitetlərində DABF-ın təhsil layihəsindən istifadə edir.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) 2-ci Təhsil Layihəsinə 28 oktyabrdan start verib. Layihənin məqsədi Azərbaycanın davamlı inkişafına fayda verəcək gənclərin dəstəklənməsindən ibarətdir.
DABF bu il istedadlı 15 azərbaycanlı tələbəyə xaricdə təhsil alması üçün müraciət prosesini öz üzərinə götürəcək.