Tarix: 17.04.2024 / 11:54
Dünyadakı azərbaycanlıların təhlükəsizliyi prioritet məsələdir - İlyas Hüseynov

Dünyadakı azərbaycanlıların təhlükəsizliyi prioritet məsələdir- İlyas Hüseynov

“Dünyada müxtəlif qanlı müharibələr, toqquşmalar baş verir. Rusiya - Ukrayna, İran - İsrail toqquşmaları bir sıra aspektdən bizim üçün də maraqlıdır. Çünki bu və ya digər səbəbdən şimal və cənub qonşumuz qlobal müharibədə iştirak edir”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, diqqət çəkən məqam ondan ibarətdir ki, Rusiya, Ukrayna, İran və İsraildə yaşayan kifayət qədər azərbaycanlı var:

“Azərbaycanlıların təhlükəsizliyi, sağlamlığı bizim üçün milli prioritetlər sırasındadır. Müharibə gedən dövlətlərdə olan azərbaycanlıların təhlükəsizliyi və təxliyyəsi ilə bağlı Azərbaycan Respublikası müvafiq təlimatlar hazırlaya, eyni zamanda Diaspor İş üzrə Dövlət Komitəsi bu məsələni nəzarətə götürə bilər. Bununla da azərbaycanlıların təhlükəsizliyi təmin olunar. Bütün bunlar önəmli məsələlərdir və strateji prioritet təşkil edir. Düşünürəm ki, bizimlə qonşuluqda olan dövlətlərin müharibəyə cəlb olunması həm də regionumuz üçün də təhdidlər formalaşdırır”.

İ.Hüseynov əlavə edib ki, Azərbaycan dövləti bütün azərbaycanlıların vətəni olduğu üçün xaricdə yaşayan həmvətənlərimizin təhlükəsizliyi, ana dilinin qorunması bizim üçün çox önəmlidir:

"Düşünürəm ki, bununla bağlı müvafiq addımlar atılacaq".

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...