Tarix: 04.06.2024 / 11:12
Dünyada inqilab edən  AZƏRBAYCANLI

Dünyada inqilab edən AZƏRBAYCANLI

Sinqapur Dövlət Universitetində Material Elmləri və Mühəndisliyi fakültəsinin dosenti, azərbaycanlı alim Tural Xudiyevin ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər.

Diaspora.TV Avropa Azərbaycanlılarının sosial media platformasına istinadən xəbər verir ki, o, Avropanın ən önəmli 50 tədqiqatçısından biridir. İxtirası ilə dünyada Azərbaycanlı gənc alim kimi məşhurlaşıb. Həmyerlimizin qatıldığı komanda ilə birlikdə gördüyü işlər dünyada tanınmış "Applied Optics’’ jurnalında dərc edilib.

İlk təhsilini Bakıda 275 saylı məktəbdə alıb, orta təhsilini Şirvan özəl türk liseyində davam etdirib.

Hacettepe Universitetində "Atom enerjisi mühəndisliyi” fakültəsində bakalavr təhsili, Bilkent Universitetində Material elmləri və Nanotexnologiyalar üzrə fəlsəfə doktoru adını alıb.

Elmi karyerasını Massaçusets Texnologiya İnstitutunda davam etdirən T.Xudiyevin də iştirak etdiyi komanda bükümlü nanokabellərin işıq keçirməsini 20 faiz artırmağa nail olub. Bu ixtira sayəsində bükülü (əyri) klassik nanokabellər işığı 20 faiz daha çox udaraq 50 faiz yer sahəsinə qənaət edə bilir.

Soydaşımızın fikrincə, görmə əngəlli insanın gözünə hazırladıqları işığa həssas nanostrukturları yerləşdirdikdə, ölü sinir hüceyrələri bunlarla qıcıqlanır və insanın görmə qabiliyyəti bərpa oluna bilər.

Şərhlər

Yaz...