“Mənim həmkarlarımla birlikdə edə biləcəyim ən böyük yaxşılıq bütün uşaqlar üçün beynəlxalq təhsil vasitəsi yaratmaq idi. Bu münasibətlə Heydər Əliyev Mərkəzində sərgi keçirdik”
Bu sözləri Diaspora.TV-yə açıqlamasında dünyaca məşhur fotoqraf Reza Deqati deyib.
R.Deqati bildirib ki, Yer Kürəsi Uşaqların Gözü ilə beynəlxalq fotoqrafiya müsabiqəsi minlərlə uşağı “Təbiəti sevirəm”, “Çirklənmədən qorxuram” mövzuları ətrafında toplayıb.
“COP29 zamanı və IDEA-Kampaniyasının prezidenti Leyla xanım Əliyevanın da iştirakı sərgini unudulmaz etdi. Biz sərginin Azərbaycan və dünyanın digər şəhərlərində də keçirilməsinə ümid edirik. Soydaşlarımızdan xahiş edirəm ki, ətrafınızdakı uşaqları da "Yer Kürəsi Uşaqların Gözü ilə" maarifləndirmə hərəkatı barədə məlumatlandırsınlar”, - deyə R. Deqati bildirib.