Dünya Ukraynalıları Konqresi (UWC) öz şəbəkəsini səkkiz təşkilatı əhatə edəcək şəkildə genişləndirir. Konqresin təşkilat yaradacağı ölkələr sırasında Yaponiya, Türkiyə, Malta, Monteneqro, Almaniya və Şimali Makedoniya ilə yanaşı, Azərbaycan da var.
Diaspora.TV Ukrayna mediasına istinadla bildirir ki, xəbəri qurumun Üzvlük Komitəsindən veriblər.
Azərbcanda yaradılacaq yeni təşkilat – “Franko adına Ukrayna İcması” Sumqayıt şəhərində fəaliyyət göstərəcək.
Qeyd edəki ki, Sumqayıtda fəaliyyət göstərən təşkilat Dünya Ukraynalıları Konqresi tərəfindən Azərbaycanda yaradılan ikinci icmadır. Artıq Konqresin Bakı şəhərində bir icması fəaliyyət göstərir.