Tarix: 21.07.2024 / 14:14
Dünya "Made in Azerbaijan"ı tanımalıdır   - Siyasi şərhçi

Dünya "Made in Azerbaijan"ı tanımalıdır - Siyasi şərhçi

“Azərbaycanda istehsal olunan məhsulların xarici ölkələrdə tanıtımı vacib şərtlərdən biridir. Dünya "Made in Azerbaijan"ı tanımalıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında siyasi şərhçi Zəlimxan Məmmədli bildirib. Onun sözlərinə görə, istənilən bir məhsulun xarici ölkələrdə tanınması və eyni zamanda yayılması üçün aidiyyatı qurumların icazəsi lazımdır:

“Məsələn, İqtisadiiyat Nazirliyinin.... Bundan əlavə brendin özü keyfiyyət sertifikatına malik olmalıdır. Keyfiyyətsiz malı biz Avropaya keyfiytətli kimi sırıya bilmərik. Dünyanın gözü açıqdır”.

Zəlimxan Məmmədlinin fikirincə, Avropa bazarında tanınmaq üçün Azərbaycan ən azı Türkiyə standartları səviyyəsində məhsul istehsal etməlidir:

“Belə olarsa biz onu Türkiyə və Balkan dövlətləri, sovet ölkələrində tanıdıb rahat sata bilərik. Keyfiyyətsiz məhsul heç zaman brend ola bilməz. Keyfiyyətsiz məhsulun tanıdılması əlavə itkidir. Məhsul alanda əvvəlcə onun keyfiyətinə baxıram, lazım gələrsə sonra onu təbliğ də edirəm”.

Siyasi şərhçi hesab edir ki, daxilə istehsal olunan məhsullarla Avropaya çıxacaq məhsul həmişə fərqlənir:

“Məhsul keyfiyyətli olmalı və Avropa standartlarına cavab verməlidir. Belə olarsa, biz rahatca həmin bazarlara girə bilərik. Bundan əlavə, "Made in Azerbaijan” Azərbaycanın dövlət olaraq tanınmasında böyük dəstək ola bilər. Bu layihələrin sayını artırmaq lazımdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...