Tarix: 26.08.2024 / 14:36
Dünya Azərbaycan Qadınları  Mehriban Əliyevanı təbrik etdilər

Dünya Azərbaycan Qadınları Mehriban Əliyevanı təbrik etdilər

Dünya Azərbaycan Qadınları İctimai Birliyinin üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik ediblər.

İB-in sədri Xatirə Qəmbərova, sədr müavini Ülviyyə Abbasova və üzvlər adından Diaspora.TV-yə daxil olan təbrik məktubunda deyilir:

- Hörmətli Mehriban xanım,

Sizi Dünya Azərbaycan Qadınları İctimai Birliyinin üzvləri adından doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, müasir Azərbaycanın dövlət idarəçiliyində və inkişafında göstərdiyiniz yüksək xidmətlərdə uğurlar və nailiyyətlər arzulayırıq.

Ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyiniz humanist və xeyirxah fəaliyyəti yüksək qiymətləndirir və Sizi heyranlıqla təqdir edirik.

2014-cü ildə Sizin səyləriniz nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrindən olduğu beynəlxalq səviyyədə təsdiq edilib. Məlumat üçün nəzərinizə çatdırmaq istəyirik ki, cari ildə Azərbaycan kəlağayı sənətinin “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və dünyaya təqdim olunmasının 10 illik yubileyi münasibətilə dünya Azərbaycanlı qadınları arasında “Azərbaycan qadınının gözəllik rəmzi - Kəlağayı” müsabiqəsi keçirdik. Müsabiqəyə Azərbaycandan əlavə dünyanın müxtəlif ölkələrindən (Türkiyə, Rusiya, Fransa, Səudiyyə Ərəbistanı, Misir, Rumıniya, İordaniya, Kanada və s.) 600 obrazla 250 xanım iştirak etdi. Sevindirici hal o oldu ki, müsabiqəyə əcnəbi xanımlar da maraq göstərdilər və Kəlağayı ilə obrazlar təqdim etdilər.

Ölkə hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi və ən əsası Ana dilimizi qoruyub saxlayıb yaşatmaq, təbliğ etmək, xaricdə böyüyən nəslə ötürmək üçün bu istiqamətdə bir çox layihələr həyata keçirmişik və Sizin fəaliyyətinizi nümunə götürərək bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Dünyanın hansı ölkəsində yaşasaq da, Cənab Prezidentimizin siyasətini həmişə dəstəkləyir, Dövlətimizin maraqlarına xidmət edirik.

Çox hörmətli Mehriban xanım,

Siz müasir Azərbaycan qadınının ən gözəl təcəssümüsünüz və beynəlxalq müstəvidə uğurlu qadın nümunəsiniz. Biz Sizə inanırıq və həmişə Sizi dəstəkləyirik!


Şərhlər

Yaz...