Afyonkarahisar İl Kənd Təsərrüfatı və Meşə Müdirliyi Liviya və Azərbaycana ixrac ediləcək Dubay şokoladının kremi üçün rəsmi yoxlama aparıldığını bildirib.
Diaspora.TV Türkiyə mediasına istinadla xəbər verir ki, Liviya və Azərbaycana ixrac ediləcək Dubay şokoladının kremi üçün rəsmi yoxlama aparılıb. Kremin Türkiyə qida qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğu təsdiqlənib.
Beləliklə, Dubay şokoladının doldurucu kremi ixrac üçün bütün tələblərə cavab verərək beynəlxalq bazarlara göndərilməyə hazırdır. Türkiyənin dəyərləri ilə dünyaya açılan məhsullar həm milli iqtisadiyyata töhfə verir, həm də beynəlxalq miqyasda etibarlı türk markasını gücləndirir.