Tarix: 11.07.2024 / 14:10
Dövlətin planları var, amma açıqlanmır   - Sabiq deputat

Dövlətin planları var, amma açıqlanmır - Sabiq deputat

“Bu gün Qarabağda görülən işlərin hər birini Azərbaycan öz maliyyəsi hesabına edir. Sahibkarlıq mühitində xarici investorların iştirakı nəzərdə tutulur və buna önəm verilir. Amma minaların ərazilərdən təmizlənməsi ilə əlaqədar bu müəyyən vaxt ala bilər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli Məclisin sabiq deputatı Rüfət Quliyev xarici ölkələrdə yaşayan Qarabağ əsilli azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasının müsbət tərəflərini izah edərkən deyib.

O, hesab edir ki, bu gün sözügedən məsələ ilə bağlı danışmaq hələ tezdir:

“İlk öncə ən böyük problem minalardır. Azad olunmuş ərazilərdə milyona yaxın mina var, bu böyük təhlükədir. Ona görə də ərazilər tam olaraq minalardan təmizlənməlidir. İkincisi, bütün vətəndaşlar üçün şərait yaranmalıdır ki, insanlar rahatca torpaqlarına qayıdıb iş qursunlar. Yəni 3-5 otel tikmək, 2-3 kənd salmaqla iş bitmir. Dövlət prosesin tez başa çatması üçün kifayət qədər səy göstərir. İnfrastruktur layihələrinin çoxu başa çatıb, aeroportlar tikilib, yollar salınıb, dəmir yolları çəkilib. Yenə də çəkiləcək, işıq, qaz, su məsələləri həll olunub. Bu mərhələ-mərhələ həyata keçiriləcək”.

Sabiq deputat qeyd edib ki, gələcəkdə ərazidə yüzlərlə zavod, fermalar tikiləcək:

“Mənə elə gəlir ki, dövlətin bununla bağlı planları var. Açıqlanmır, elə məsələlər var ki, bu gün onun haqqında danışmaq tezdir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...