Tarix: 25.06.2024 / 12:50
Dövlətin diaspora ayırdığı vəsaitlər təyinatı üzrə xərclənir?   - Partiya sədri

Dövlətin diaspora ayırdığı vəsaitlər təyinatı üzrə xərclənir? - Partiya sədri

“Türkiyə və İsrail dövlətinin lobbi və dispor təşkilatları ilə qarşılıqlı əməkdaşlıq bizim analoji təşkilatlarımızın fəaliyətinə ciddi dəstək ola bilər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

Partiya sədri bunun vacib şərtlərdən biri olduğunu qeyd edib:

“Xüsusu ilə də Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında, Azərbaycana yönəlik ikili standartlı münasibətin qarşısının alınmasında, ən azından bizim ayrı-ayrı ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə, kordina edilməsinə, onların bu proseslərdə aktiv iştirakına, Azərbaycanla bağlı məlumatların yaşadıqları ölkənin ictimaiyyətinə çatdırılmasına dəstəyi yüksək olmalıdır”.

Sədr Azərbaycana düşmən mövqe sərgiləyən ermənilərin xarici ölkələrdəki lobbi təşkilatlarının güclü olduğunu önə çəkib:

“Biz bunu görürük. Həmçinin bir çox hallarda ermənilərin lobbi, diaspor təşkilatları erməni dövləti tərəfindən deyil, ayrı-ayrı ölkələrdə yaşayan erməni iş adamları, sahibkarlar, bir sözlə imkanlı adamlar tərəfindən maliyyələşdirilir, fəaliyyətləri daha qabarıq gözə çarpır. Amma Azərbaycanın dövlət büdcəsindən diaspor fəaliyyəti üçün ayrılmış vəsaitlərin ən azı görünən tərəfi ondan ibarətdir ki, təyinatı üzrə xərclənmədiyi faktları var. Bu araşdırma mövzusu olmalıdır. Dövlətin ayırdığı vəsaitlər həqiqətən də təyinatı üzrə xərclənirmi? Təyinatı üzrə xərclənirsə, niyə diapor və lobbi təşkilatlarının fəaliyyəti bu dərəcədə zəif görünür? Və niyə bir çox hallarda biz bu proseslərdə uduzuruq”.

A.Əlizadə eyni zamanda xarici ölkələrdə 4 qardaş və dost ölkənin diaspor təşkilatlarının fəaliyyətindən danışıb:

“Onların arasında Türkiyənin diaspor və lobbi təşkilatlarının fəaliyyəti kifayət qədər uğurludur. Hesab edirəm ki, əgər onlar xarici ölkələrdəki bizim təşkilatlarımızla kordina olunmuş şəkildə fəaliyyət göstərsələr ciddi uğur əldə etmək mümkündür. Eləcə də bütün dünyada ən güclü lobbi və diaspor təşkilatlarına malik İsrail dövləti ilə bizim yaxın əməkdaşlıq münasibətlərimiz var. Dost ölkədir və İsrailin də bütün dünyada diaspor təşkilatlarının hansı gücə malik olduğu sirr deyil”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...