Tarix: 01 Avqust 2024 13:01 | Baxış sayı: 635
Dövlət tərəfindən idarə olunan diaspor çox kiçikdir   - Qərib Mürşüdov

Dövlət tərəfindən idarə olunan diaspor çox kiçikdir - Qərib Mürşüdov

“Elm ilə məşğul olanların əsas məqsədi elm və texnologiyanın inkişafıdır. Biz bu istiqamətdə işləyirik”.

Bu sözləri Diaspora.TV-yə müsahibəsində Böyük Britaniyanın Kembridj şəhərində Molekulyar Biologiya İnstitutunun Hesablama Struktural Biologiya Laboratoriyasının rəhbəri, Avropa Molekulyar Biologiya Cəmiyyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Qərib Mürşüdov deyib.

Q.Mürşüdov qeyd edib ki, əsas məqsədlərindən biri Azərbaycanda təhsil və elmin inkişafıdır:

“Əgər ölkədə elm, təhsil və texnologiya inkişaf edirsə, onda onun marağını qorumaq daha asandır. Müasir, güclü ölkə məhz öz elm və texnologiyası ilə fərqlənir. Bu istiqamətdə Azərbaycanda çox işlər görmək lazımdır. Müşahidəmə görə, hazırda bu məqsədə çatmaq üçün həm siyasi iradə, həm də nazirliklər səviyyəsində yaxşı kadrlar var. Mən istərdim ki, kənarda olan azərbaycanlılar birləşərək Azərbaycanda iqtisadiyyatın müxtəlif istiqamətlərində inkişafa kömək etsinlər. Təhsil və elm gələcək inkişafın əsasında durur, bu istiqamətdə çox iş görülür və daha çox iş görülməlidir. Bunların nəticəsini ancaq 10-20 ildən sonra görmək mümkün olacaq. Təəssüflər olsun ki, hazırda mövcud olan mütəxəssisləri səfərbər edə bilən mexanizm mənə məlum deyil. Bunun üzərində ciddi işləmək lazımdır. Bu istiqamətdə işlərə Diasporla İş üzrə Dövlət Komitəsi öz töhfəsini verə bilər”.

Q.Mürşüdov qeyd edib ki, ölkə marağını müdafiə etmək üçün müxtəlif istiqamətlərdə çalışan yüksək səviyyəli mütəxəssislər lazımdır:

“Mən Azərbaycanın marağını qeyri-birbaşa müdafiə edə bilirəm, amma fikirləşmirəm ki, bu işlər kifayətdir. Mənim üçün ən maraqlısı və ola bilər ki, ən çətin iş Azərbaycanda elmi qrupun yaradılması və onun uğurlu fəaliyyətidir. Bunun üzərində hələ çox işləmək lazımdır. Hələ məqsədimə tam çata bilməmişəm. Bakıda yaratdığım laboratoriya bizim sahədə çalışan mütəxəssisləri maraqlandırır və lazım olanda dəstək olmağa hazır olduqlarını deyirlər. Hazırda uzun müddətli təsiri ola bilən elmi konfranslar və görüşlərin təşkili mexanizmi qənaətbəxş olmadığı üçün hələ bu təkliflərdən istifadə etmək vaxtı çatmayıb”.

Q.Mürşüdov əlavə edib ki, çox istərdim Diasporla İş üzrə Dövlət Komitəsi daha çox azərbaycanlıların inkişafına kömək etsin:

“Hazırda Azərbaycan diasporu hələ gəncdir, kifayət qədər gücü yoxdur. Diaspor deyəndə Azərbaycandan olan və kənarda yaşayan bütün soydaşlarımızı nəzərdə tuturam. Dövlət tərəfindən idarə olunan diaspora həddən artıq kiçikdir və müxtəlif mütəxəssisləri cəlb edə bilmir. Bunun obyektiv səbəbləri var. Qeyri- rəsmi diaspor isə getdikcə böyüyür. Müşahidəmə görə onların müxtəlif, əsasən də mənəvi köməyə ehtiyacları var. Hazırda belə diaspora formalaşmaqdadır. Əgər kifayət qədər dəstək olsa, onlar bir neçə ildən sonra Azərbaycana kömək edə bilən ciddi bir gücə çevirilə bilərlər”.

“Mən əsasən öz işimlə məşğul olduğum üçün heç bir maneçiliklə qarşılaşmamışam. Əlbəttə, mənim işim KİV-lər və ya siyasətçilərlə işləmək deyil. O istiqamətdə mütəxəssislər lazımdır. Mənim kimi adamlar ancaq öz ətraflarında Azərbaycan haqqında müsbət fikirlər yarada bilərlər. İnsan hər sahə ilə məşğul ola bilməz. Bildiyi və bacardığı işlə məşğul olsa, onda bu həm o insan, həm də ölkəsi üçün səmərəli olar”- deyə müsahibimiz bildirib.

Qeyd: Müsahibin fotosu "Azərbaycan müəllimi qəzeti"nə aiddir.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs