Tarix: 27.08.2024 / 17:05
Azərbaycanlılar ictimai-siyasi rəyə təsir etməyi bacarmalıdırlar  - Politoloq

Azərbaycanlılar ictimai-siyasi rəyə təsir etməyi bacarmalıdırlar - Politoloq

“Son illərdə Azərbaycan dövləti lobbiçilik və diaspora fəaliyyətinə çox ciddi diqqət yetirir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Tural İsmayılov deyib. O Azərbaycanın xaricdə önəmli və həssas məsələlərdə aktiv olan diaspor və lobbi təşkilatlarının olduğunu bildirib:

“Onlar ölkəmizin milli maraqlarının müdafiəsində fəal şəkildə iştirak edirlər. Diaspora nümayəndələri təkcə yaşadıqları ölkənin müəyyən biznes çevrələri və sahibkarlıq subyektlərində tanınan insanlar olmamalı, həm də sosial media seqmentlərində də fəal işləməyi bacaran, eyni zamanda ölkə ilə bağlı həqiqətlərin, dövlət maraqlarının müdafiəsinin aktiv təbliğatçısı olmalıdırlar. Vətənpərvərlik hissləri, eyni zamanda azərbaycançılıq ideologiyasına bağlılıq da ən önəmli nüanslardan biridir”.


Politoloq hesab edir ki, lobbiçiliklə məşğul olan şəxslərin seçimlərində də məhz bu faktorlara xüsusi əhəmiyyət verilməlidir:

“Bu baxımdan xarici ölkələrdə yaşayan azərbaycanlılar oradakı fəaliyyətlərində yaşadıqları ölkənin ictimai-siyasi rəyinə də təsir etməyi bacarmalıdır. Biz görürük ki, müharibələr səngərlərdən hibrid müharibələrə çevrilib. Bütün informasiya və sosial media məkanında ciddi informasiya savaşı aparılır. Bu da tələb edir ki, özəlliklə erməni yalanlarının ayaq açdığı ölkələrdə yaşayan azərbaycanlılar oranın ictimai-siyasi mühitinə təsir etməyi bacarsınlar və əlaqələrini genişləndirsinlər, sonra da diaspor və lobbiçilik fəaliyyətinə dəstək olsunlar”.

T.İsmayılov qeyd edib ki, təkcə hansısa ölkədə diaspora və lobbi təşkilatları Azərbaycanın maraqlarını müdafiə etməməlidir:

“Eyni zamanda həmin ölkələrdə yaşayan sadə vətəndaşlarımız da diaspora və lobbiçilik işlərində fəal olmalıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...