Tarix: 17.10.2024 / 08:48
Dövlət elə etməlidir ki, yaxşı kadrlar ölkədə qalsın    – İqtisadçı

Dövlət elə etməlidir ki, yaxşı kadrlar ölkədə qalsın – İqtisadçı

“Azərbaycan xarici bazarlar üçün mütəxəssis yetişdirmir. Mən bu hala çox pis baxıram”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Ekspert bildirib ki, bu gün Azərbaycanın ən böyük problemlərdən biri də kadr çatışmazlığıdır:

“İxtisaslı, doğru-düzgün və bilikli kadrlarımız azdır. Azərbaycanın bu boyda problemi ola-ola və bunu həll edə bilmədiyimiz halda nə üçün xarici bazara kadr hazırlamalıyıq?"

Xalid Kərimli qeyd edib ki, bütün geridə qalan dövlətlərin ən böyük problemi beyin axınıdır:

“Universitet sistemi pis-yaxşı yetişdirir, böyüdür, amma uşaqlar xarici ölkələrə üz tuturlar. Onlar xarici ölkələrin iqtisadiyyatına fayda verirlər. İnkişafın səbəbi təbii resurs bolluğu deyil, ixtisaslı insandır. Dövlət elə etməlidir ki, yaxşı kadrlar öz ölkəmizdə qalsın”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...