Tarix: 13.09.2024 / 20:01
Dostluq çərçivəsində diaspor fəallarını təltif etməyə ehtiyac yoxdur     - Siyasi şərhçi

Dostluq çərçivəsində diaspor fəallarını təltif etməyə ehtiyac yoxdur - Siyasi şərhçi

“Azərbaycan diaspor sahəsinə çox diqqətlə yanaşmalıdır. Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə səylərini artırmaqdadır”.

Bu sözləri Diaspora.TV-yə siyasi şərhçi Niyaməddin Orduxanlı aktiv diaspor fəallarının fərqləndirilməsi istiqamətində lazım olacaq yeni mexanizmlərdən danışarkən deyib.

O bildirib ki, Azərbaycanın dövlət, milli maraqları, xüsusən Qarabağ məsələsi diasporlar vasitəsi ilə bir sıra dövlətlərə, beynəlxalq təşkilatlara, ictimai birliklərə vaxtında çatdırılmalıdır:

“Burada söhbət nədən gedir? Azərbaycanla bağlı əsl həqiqətləri Avropa ölkələrində, Amerika, Asiya, hətta Afrika qitəsində belə yaşayan Azərbaycan əsilli insanlara çatdırılmalıdır. Ona görə də orada yaşayan son dərəcə nüfuzlu, ictimai rəyə təsir edən insanlara ehtiyac var. Araşdırılmadan, fəaliyyətlərini bilmədən hansısa bir dostluq çərçivəsində xaricdəki diaspor fəallarını orden və medallarla təltif etməyə ehtiyac yoxdur”.

N.Orduxanlı vurğulayıb ki, əməyi, xidməti olan, Azərbaycanın hər zaman səsini beynəlxalq təşkilatlara çatdıran diaspora təşkilatlarına son dərəcə böyük diqqət ayrılmalı, onlarla intensiv əlaqə saxlanılmalıdır:

“Azərbaycanda keçirilən tədbirlərə dəvət olunmalı, onlarla görüşlər keçirilməlidir. Diaspora stimul vermək üçün hər biri bir sıra dövlət mükafatları ilə təltif olunmalıdırlar. Düzdür, biz bunu ara-sıra görürük. Prezident İlham Əliyevin sərəncamları ilə diaspor fəalları təltif olunurlar. Bu çox önəmli məsələdir. Onlarla əlaqəli bir sıra böyük addımlar atılmalıdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, həmin dövlətlərin rəsmi qurumlarına, səfirliklərinə, Xarici İşlər nazirliklərinə və bir sıra təşkilatlara çatdırılmasında əsl fədakarlıq göstərən, dövlətin milli maraqlarını sevən şəxslərin mükafatlandırılması vacibdir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...