Tarix: 06.10.2024 / 15:48
Diyarbəkirdəki universitet tələbələrinə   şad xəbər

Diyarbəkirdəki universitet tələbələrinə şad xəbər

Türkiyənin Diyarbəkir şəhərindəki Dəclə Universiteti pulu olmayan tələbələr üçün "asqıda yemək" tətbiqini işə salır. 

Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, Türkiyənin cənub-şərqində ən böyük təhsil ocaqlarından biri olan universitet bu yeni tətbiq ilə tələbələrə kafeteriya kartlarında kifayət qədər balans olmasa belə, yemək almaq imkanı verəcək.

Dəclə Universitetinin baş katibi Mustafa Uğurluaslan bəzi tələbələrin vəsaitləri olmadığı üçün yemək almadan geri qayıtmaq məcburiyyətində qaldıqlarını anladıqlarını ifadə edib. M.Uğurluaslan bu problemi həll etmək üçün “asqıda yemək” layihəsini həyata keçirəcəklərini açıqlayıb. Bu layihə sayəsində tələbələrin kartlarında pulu olmasa belə, yeməkxanalardan pulsuz yemək ala biləcəkləri sistem qurulacaq. 

Bildirilib ki, universitet kampusda rəqəmsallaşmanın artırılması istiqamətində də çalışır. M.Uğurluaslan tələbələrin növbə gözləmədən və nağd pul daşımadan yeməkxanalarda yemək ala bilmələri üçün rəqəmsal sistem inkişaf etdirmə prosesində olduqlarını bildirib. Bu sistemlə tələbələr öz yeməklərini birbaşa smartfonlarından seçib rahatlıqla yeyə biləcəklər.

Baş katib həmçinin hər beş yeməkdən birinin pulsuz olacağını və yeni yemək tətbiqi sayəsində maddi sıxıntı yaşayan tələbələrin kafeteriya xidmətlərindən yararlanmağa davam edəcəklərini açıqlayıb.

Şərhlər

Yaz...