Tarix: 14.06.2024 / 16:40
Diqqət: Polis miqrantları məhkəməsiz deportasiya edəcək   - Rusiyada

Diqqət: Polis miqrantları məhkəməsiz deportasiya edəcək - Rusiyada

Rusiyada polisə miqrantları məhkəməsiz deportasiya etmək hüququ verilib.

Diaspora.TV Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Belə ki, Rusiya Dövlət Dumasının dövlət quruculuğu komitəsi deputatlara Daxili İşlər Nazirliyinin əməkdşlarına əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Rusiyadan çıxarmaq hüququ verən qanun layihəsini birinci oxunuşda qəbul etməyi tövsiyə edib.

Qeyd edək ki, sözügedən qanun layihəsi aprel ayında Rusiya Dövlət Dumasına təqdim olunub. Qanun layihəsi əcnəbiləri ölkədən çıxarmaq səlahiyyətinin təkcə məhkəmə və sərhəd işçilərinə deyil, Rusiya DİN əməkdaşlarına da verilməsini nəzərdə tutur.

Şərhlər

Yaz...