“Azərbaycan diasporunun yaratdığı koordinasiyanın fəaliyyəti qənaətbəxşdir”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycanlıları Federasiyasının həmsədri Rəşad İbrahim deyib.
“Diplomatik korpuslarla diaspor rəhbərləri və dövlətin bu sahəyə məsul qurumları arasında birgə koordinasiya var”, - deyə müsahibimiz bildirib.
R.İbrahim əlavə edib ki, qurumlar arasında olan koordinasiya şəxsən mən və həmkarlarımı qane edir:
“Özəlliklə də Hollandiya və Belçika koordinasiya şurasıyla daima əlaqədəyik. Hər şey qaydasında gedir”.
Həsən Hüseynov
Diaspora.TV