Tarix: 26.10.2024 / 16:40
DİN Qızılhacılıda baş verən insidentlə bağlı    istintaq başladıb

DİN Qızılhacılıda baş verən insidentlə bağlı istintaq başladıb

Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki 74 saylı seçki məntəqəsində baş verən insidentlə bağlı Daxili İşlər Nazirliyi istintaq başladıb.

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstan DİN-dən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı (zorakılıq törətmə) maddəsi ilə istintaq başladılıb.

Şərhlər

Yaz...