Tarix: 09.08.2024 / 10:17
Diasporun üzərinə iki dəfə artıq yük düşüb   - Politoloq

Diasporun üzərinə iki dəfə artıq yük düşüb - Politoloq

“Əslində Azərbaycan diasporu 44 günlük müharibədən sonra yeni reallıqlar üzərində işləməyə başlayıb”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Turan Rzayev deyib. Onun sözlərinə görə, diaspor təşkilatlarının qarşısında duran hədəflər yeni reallıqlara uyğun idi:

“Əgər biz 44 günlük müharibəyə qədər Qarabağ işğalından, Qarabağda törədilmiş faciələrdən, soyqırımlardan, mədəni-ekoloji terrordan danışırdıqsa, erməni yalanlarına qarşı mübarizə aparırdıqsa artıq bu günün tendensiyalarına uyğun olaraq proseslər dəyişib. Artıq Qarabağın bərpası istiqamətində, Qarabağa investisiyaların cəlbi istiqamətində, həmçinin Ermənistanın bu ərazidə törətdiyi dağıntılar, ərazilərə vurulan ziyan, soyqırımı aktlarının dünya ictimaiyyətində tanınması istiqamətində işlər görülür”.

Politoloq hesab edir ki, hazırda bu prosesdə məsuliyyət daha da artıb:

“Diasporun üzərinə iki dəfə artıq yük düşüb. Azərbaycan istər müharibə, istərsə də sülh dövrü olsun, fərq etməz diaspor quruculuğu işlərində fəaliyyətini davam etdirməli və bu istiqamətdə dünyanın müxtəlif ölkələrində, hətta 50-100 nəfər belə yaşayan, nisbətən daha az tanınan ölkələrdə belə diaspor fəaliyyətimizə diqqət yetirməliyik. Çünki Ermənistanın bu gün hələ də ən üstün olduğu mövqelərdən biri diaspordur. Etiraf etmək lazımdır ki, bu gün erməni diasporu hələ də güclüdür. Gələcəyin bizə nə gətirəcəyini bilmirik. Bəli, üstünlük bu gün bizdədir, torpaqlarımız işğaldan azad olunub. Amma biz buna arxayın olmamalıyıq”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...