Tarix: 20.06.2024 / 11:26
Diasporun müzakirələrdə iştirak edəcəyinə şübhə etmirəm    - Fəzail Ağamalı

Diasporun müzakirələrdə iştirak edəcəyinə şübhə etmirəm - Fəzail Ağamalı

“Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” Qanun layihəsi hələ müzakirə səviyyəsinə çıxmayıb”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” AR Qanun layihəsinin hazırlanması zamanı diaspor təşkilatlarının fikirlərinin öyrənilib-öyrənilməməsi ilə bağlı danışarkən deyib.

Deputat Milli Məclisdə belə bir praktikanın olduğunu xatırladıb:

“Ciddi və aktual məsələlər ictimai müzakirədən keçir. O zaman bu məsələ ilə bağlı mütəxəssilər, qeyri-hökumət təşkilatları da parlamentə dəvət olunur və onların da fikirləri öyrənilir”.

F.Ağamalı sözügedən məsələnin gələcəkdə müzakirəyə çıxarılması zamanı diaspor təşkilatlarının Milli Məclisdə iştirakına şübhə etmədiyini vurğulayıb.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...