Tarix: 10.10.2024 / 09:15
Diasporun kirayəçiləri rus qvardiyaçını    niyə döyüb?

Diasporun kirayəçiləri rus qvardiyaçını niyə döyüb?

Rusiya Federasiyası Novosibirsk Hərbi İnstitutunun nəzarət-buraxılış məntəqəsi yaxınlığında miqrantlar Rusiya Qvardiyasının əməkdaşını döyüblər. Onların tutulmasına ictimai fəallar yardımçı olub.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, zərərçəkmiş Dmitri sosial şəbəkələrdə bildirib ki, yol gedərkən, Renault Logan və nömrəsiz Haval avtomobillərinin qaydaları pozduğunu görüb.

Onun iddiasına görə, guya heç bir günahı yoxdur, sadəcə onun bu pozuntulara şahidlik etdiyini görüblər və buna görə də döyüblər. Qaydaları pozanlar əvvəlcə onu tapança ilə hədələyib, Nəzarət buraxılış məntəqsinə çatdıqda isə döyüblər. Davaya kursantlar və zabitlər müdaxilə etməyib və təcavüzkarların oranı tərk etməsinə icazə veriblər.

Yerli fəallar zərərçəkənin sosial şəbəkəsindəki müraciətindən sonra xuliqanları cəmi 2 gün ərzində tapıblar.

“Maşınlarını yaşadıqları evin yaxınlığında texniki nasazlıq səbəbindən saxlayıblarmış. Yaşayış binasının sakinləri ilə söhbət etdik və bu şəxslərin kimlər olduğunu öyrəndik. Diaspor kirayə verdiyi mənzildə yaşayırlar. Gecə və səhər onları izləyirdik. Təxminən saat 17:00 radələrində polis əməkdaşları bizim köməyimizlə onları saxladı”, - deyə ictimai fəallar jurnalistlərə bildiriblər.

Hadisə ilə bağlı saxlanılan şəxs barəsində “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.

Şərhlər

Yaz...