Tarix: 19.04.2024 / 16:12
Diasporun büdcəsi könüllü ianə ilə formalaşmalıdır - Eyyub Kərimli

Diasporun büdcəsi könüllü ianə ilə formalaşmalıdır -Eyyub Kərimli

“Diaspor təşkilatlarının maliyyə dəstəyi beynəlxalq təcrübədə daha çox ianə hesabına formalaşır”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib. Onun sözlərinə görə, dünyada inkişaf etmiş və ən böyük diaspor təşkilatları olan erməni, yəhudi diaspor təşkilatlarının büdcəsi könüllü ianə ilə formalaşır:

“Eyni zamanda dövlət də öz maliyyə dəstəyini həmin diaspor təşkilalarına göstərir. Erməni diaspor təşkilatlarında isə əksinə proses baş verir. Yəni, diaspor təşkilatları Ermənistana maliyyə yardımı edir”.

Ekspert hesab edir ki, diaspor təşkilatlarının vətənpərvərlik layihələri olmalıdır:

“Bunun üçün diaspor təşkilatları öz büdcələrindən də müəyyən qədər istifadə edə bilərlər. Əlbəttə ki, dövlət bu layihələrlə bağlı diaspor təşkilatlarına maliyyə dəstəyi göstərir”.

E.Kərimli vurğulayıb ki, diaspor təşkilatlarının qayəsi könüllük prisipi ilə formalaşmasındadır:

“Düşünürəm ki, bu yöndə maarifləndirmə işləri aparılmalıdır, eyni zamanda diaspor təşkilatları müəyyən maliyyə mənbələri də axtara bilər. Müəyyən ölkələrdə yaşayan azərbaycanlılar bölgələrimizə bağlıdır və müəyyən fəaliyyət göstərirlər. Buna misal olaraq, Rusiyada yaşayan azərbaycanlıları göstərmək olar”.

Ekspert əlavə edib ki, təəssüf digər ölkələrdə olan diaspor təşkilatları nnümayəndələrinin aktivliyi hiss olunmur:

“Avropa və Amerikada olan diaspor təşkilatlarımızın fəaliyyəti geniş işıqlandırılmır, eyni zamanda hər hansı məlumat da verilmir. Diaspor təşkilatlarımız öz fəaliyyətləri haqqında sosial şəbəkə və digər platformalarda geniş məlumat verməlidirlər. Düşünürəm ki, belə olduğu halda diaspor təşkilatlarımızın maliyyə imkanları artar və həyata keçirdikləri layihələr xaricdə yaşayan soydaşlarımızın marağına səbəb olar”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...