Tarix: 25.07.2024 / 09:07
Diasporun birləşməsinə İran kəşfiyyatı mane olur?  - AÇIQLAMA

Diasporun birləşməsinə İran kəşfiyyatı mane olur? - AÇIQLAMA

“Hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi əlini çırmalayıb obyektiv şəkildə bu istiqamətdə siyasət ortaya qoyub diasporanı birləşdirməlidir. Xaricdəki soydaşlarımızla, həmçinin Güneydə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının qanunu olmalıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Məhəmməd Əsədullzadə deyib. Politoloq bu səbəbdən Azərbaycan diasporasının xarici ölkədə son 20 ildə hər hansı uğurlu işlərə imza atmadığını vurğulayıb:

“Dünyada 50 milyon azərbaycanlı var. Həm Güneyli, həm Qüzeyli, həmçinin Gürcüstanda, Dərbənddə 500 min, Rusiyada 3 milyona yaxın və bütövlükdə azərbaycanlılar dünyanın bütün güşələrinə səpələniblər. Təəssüf ki, bunlar diaspora çəkisində birləşmir. Prosesə İran kəşfiyyatı mane olur. Güney azərbaycanlılarla bağlı xaricdə fəal iş aparırlar. Diaspora xüsusi adamlar yerləşdirirlər ki, Azərbaycan diasporu ilə birləşməsinlər, əsasən parçalanma istiqamətində işlər aparırlar”.

Politoloq hesab edir ki, Diasporla İş üzrə Dövlət Komitəsi həm Avropa, həm Rusiya, bir sözlə, dünyanın istənilən nöqtəsində azərbaycanlılarla işləməlidir:

“Amma işləmir, sadəcə olaraq hansısa anım günü, məsələn, yaxud da bayram günlərində xaricdə bir- iki tədbir keçirməklə kifayətlənir. Dövət Komitəsi bununla ciddi məşğul olmalıdır. Həmçinin Rusiya və Avropada yaşayan azərbaycanlılar arasında da şəxsi maraqlar, fikir ayrılıqları var. Hərə bir diaspor təşkilatı yaratmaq istəyir. Bu kimi məsələlər də birliyə mane olur”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...