Tarix: 05.09.2024 / 18:54
 Diasporumuzun pərakəndəliyinin 4 səbəbini...    -  Siyasi şərhçi açıqladı

Diasporumuzun pərakəndəliyinin 4 səbəbini... - Siyasi şərhçi açıqladı

“Diasporla İş üzrə Dövlət Komitəsi uyğun bir taktika tətbiq etməlidir. Ardınca da səfirlikləri bu prosesə cəlb edib, onlarla iş birliyi qurub, birlikdə hərəkət edərsə, düşünürəm ki, diasporada pərakəndəliyi aradan qaldırmaq mümkünüdür”.

Bu sözləri Diaspora.TV-yə siyasi şərhçi Azər Həsrət deyib. O, xüsusi vurğulayıb ki, Azərbaycan xalqı ermənilərdən fərqli olaraq böyük millətdir:

“Sayımız daha çoxdur, güclüyük. Ona görə də aramızda bu cür ixtilaflar çox olur. Məsələn, ermənilərdə biz daha çox birlik görür, onların vahid mövqedən çıxış etmələrinin şahidi oluruq. Amma azərbaycanlılara gələndə daha çox parçalanma görürük. Bir tərəfdə bununla məşğul olan dövlət qurumumuz var, digər tərəfdə isə səfirliklərimiz. Üçüncü tərəfdə bizi məqsədli şəkildə bölmək istəyən qurumlar, dördüncü tərəf mənəm-mənəmlik Azərbaycan diasporunun pərakəndəliyin səbəblərindəndir”.
Azər Həsrət bu səbəblərin tezliklə aradan qaldırıla biləcəyini diqqətə çatdırıb:

“Bunun üçün düzgün dövlət siyasəti yürütmək lazımdır”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...