“Diasporla gündəm”də Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media məsələləri üzrə ekspert Müşfiq Ələsgərli ilə Azərbaycan diasporunun informasiya müharibəsində yeri və rolu müzakirə olunub.
Söhbət zamanı diaspor və medianı birləşdirən ortaq dəyərlərdən, Azərbaycana qarşı informasiya savaşı, diasporun media resursları, sosial şəbəkə hesablarının bu savaşda rolundan danışılıb.
Qeyd olunub ki, Azərbaycandan kənarda yaşayanların sayı Azərbaycanda yaşayanların sayından dəfələrlə çox olsa da meydanda az görünür, Avropda məskunlaşan Güney Azərbaycan icması və Türk diaspor təşkilatlarının bəziləri prosesdən sanki kənar gəzirlər.