Tarix: 10.09.2024 / 14:22
 Diasporumuz səfirliklərin imkanları ilə fəaliyyətini genişləndirməlidir     - Politoloq

Diasporumuz səfirliklərin imkanları ilə fəaliyyətini genişləndirməlidir - Politoloq

“Bu gün Azərbaycan diasporu ilə diplomatik korpusların keçirdiyi tədbirlər bir daha onu göstərir ki, əlaqələr sürətlə inkişaf edir. Xüsusən də İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə əlaqələr daha da böyüyüb. Hətta ondan əvvəlki illərdə də Azərbaycanın haqq səsini dünyaya çatdırmasında həm diplomatik korpusların, həm də diasporamızın fəaliyyəti uğurlu olub”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Kazım Kazımov deyib. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu gün azərbaycanlıların xarici ölkələrdə sayı sürətlə artır:

“Artıq bu günkü nöqtədə durduğumuz və bəsdir deməyə haqqımız yoxdur. Çünkü həm dünya genişdir, həm də hadisələr çox sürətlə baş verir. Azərbaycanın həm mövqeyi, həm də dünyadakı gördüyü işlərin sayı sürətlə artır. Əvvəllər daha çox Qarabağ məsələsi müstəvisində iş aparırdıqsa, artıq Azərbaycan dinc quruculuq, beynəlxalq tədbirlər, məsələn, COP-29 və neçə-neçə belə tədbirlərlə fəaliyyətimizi genişləndirəcəyik”.

Kazım Kazımov hesab edir ki, Azərbaycan diasporu xarici ölkələrdəki diplomatik korpusların imkanları ilə fəaliyyətini daha da genişləndirməlidir:

“Diplomatiya sahəsində gördüyümüz işləri, bizə aid olan məsələləri dünyaya çatdırmalıyıq. Biz çoxlu tədbirlər keçirə bilərik, lakin onu dünyaya çatdırmasaq, sanki bu tədbirlər kölgədə qalan kimi olur. Bu səbəbdən də bu sahədə mütəxəssislərin atırılmasına ehtiyac var. Beynəlxalq tədbirlər mövzusunda, Qarabağ məsələsi, sosial iqtisadi və siyasi maraqlarımız məsələlərində diasporların və diplomatik korpusların fəaliyyətində mütəxəssislərin rolu artmalıdır. Həmçinin onların media ilə əlaqələri gücləndirilməlidir”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...