Tarix: 15.04.2024 / 12:23
Diasporumuz Qazaxıstanda  yardım kampaniyasına qoşuldu

Diasporumuz Qazaxıstanda yardım kampaniyasına qoşuldu

Qazaxıstanda baş vermiş daşqınlarla mübarizədə Azərbaycan diasporunun nümayəndələri birlik və həmrəylik nümayiş etdirib.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan diaspor təşkilatları tərəfindən vəziyyətin kəskin olduğu Atırau, Aktobe, Akmola, Kostanay, Şərqi Qazaxıstan, Şimali Qazaxıstan və Pavlodar vilayətlərində təxliyə olunan insanlar üçün yardım kampaniyasına aparılıb.

Kostanay, Aktau, Atırau, Almatı, Türküstan və s. vilayətlərdə yaşayan azərbaycanlılar fəlakət bölgəsinə yardım toplamaq üçün səfərbər olublar. Əsasən isti geyimlər, yataq dəstləri və zəruri qidalardan ibarət yardımlar ehtiyacı olanlara göndərilib.

Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, ayrı-ayrı diaspor nümayəndələri, o cümlədən Mehdi Məmmədov, Şəmsəddin Hüseynov, Qəhrəman Sadıyev, Ramilə Mustafayeva, Tağı Tağıyev, Eldar Əhmədov, Qərib Qəribov, Mahir Rzayev yardım kampaniyasında yaxından iştirak ediblər.


Şərhlər

Yaz...