Tarix: 24.08.2024 / 23:41
 Diasporumuz Kiyevdə Ukraynanın Müstəqillik Gününü qeyd edib  – VİDEO/FOTO

Diasporumuz Kiyevdə Ukraynanın Müstəqillik Gününü qeyd edib – VİDEO/FOTO

Bu gün Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) qərərgahında 24 avqust - Ukraynanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.

Diaspora.TV xəbər verir ki, UABD və Azərbaycan-Ukrayna Müharibə Könüllülərinin Qardaşlıq Cəmiyyətinin birgə təşkil etdiyi tədbirə Ukraynanın suverenliyi uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlıların yaxınları, çeçen, Krım-tatar və ukraynalı döyüşçülər iştirak edib.


Tədbirdə Ukraynanın veteranlar nazirinin müavini Ruslano Veliçko, Kiyev şəhər Hərbi Administrasiyası rəhbərinin müşaviri, polkovnik Blayiski, könüllü batalyonun komandiri, əfsanəvi polkovnik Viktor Anatoli Toloçko, Paris olimpiadasının gümüş medalçısı Pərviz Nəsibov iştirak edib.

Nazir müavini Ruslano Veliçko Ukraynaya dəstəyə görə digər millətlərdən olan döyüşçülərdən, xüsusən də azərbaycanlılardan razılıq edib, onlara bayram münasibətilə təbriklərini çatdırıb.

UABD İdarə Heyyətinin üzvü, Azərbaycan - Ukrayna Müharibə Könüllüləri Qardaşlıq Cəmiyyətinin rəhbəri Vidadi İsrafilov tədbirin təşkilində verdiyi dəstəyə görə UABD rəhbərliyinə minnətdarlıq ifadə edib.

Tədbirin sonunda Ukrayna uğrunda həlak olmuş azərbaycanlı və ukraynalı könüllülərin ailələrinə, eyni zamanda hazırda döyüşən könüllülərə orden və medallar təqdim olunub.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məkubu ünvanlayıb.




Şərhlər

Yaz...