Tarix: 09.04.2024 / 12:07
“Diasporumuz ermənilərin yaratdığı mifi dağıtmalıdır”-  Aynur Nəsirova

“Diasporumuz ermənilərin yaratdığı mifi dağıtmalıdır”- Aynur Nəsirova


“Azərbaycan diasporunun fəaliyyətində son illər baş verən dəyişikliklər müsbət qiymətləndirilsə də, bu, qənaətbəxş deyil. Xarici media demək olar ki, erməni diasporuna xidmət edir”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova deyib. Onun sözlərinə görə, bu istiqamətdə erməni diasporuna uduzuruq.

Ekspert qeyd edib ki, diasporumuzun fəaliyyətinin yetərli olması üçün xarici media və digər sahələrdə daha çox çalışmalı və qalib olmağı bacarmalıyıq:

“Erməni lobbisinin Qərblə əlaqələri 100 illər əvvələ dayanır. Dövlət strukturlarına, parlamentə, vəzifə sahiblərinə təzyiq edə bilir, medianı asanlıqla yönləndirirlər”.

Aynur Nəsirovanın sözlərinə görə, dünyaya özlərini “qurban”, “məzlum” kimi təqdim edən ermənilərin yaratdığı bu mifi məhz diaspora dağıtmalıdır:


“44 günlük Vətən müharibəsi günlərində cəbhədə və informasiya müharibəsində Prezident İlham Əliyevin və medianın dəstəyi nəticəsində qalib olduğumuz kimi, diaspora sahəsində də qalib olmalıyıq”.


Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

Yaz...