Tarix: 05.09.2024 / 17:05
 Diasporumuz boynu bükük, başı aşağı gəzirdi    - Politoloq

Diasporumuz boynu bükük, başı aşağı gəzirdi - Politoloq

“Qarabağın işğaldan azad olunması, təkcə diasporumuzun deyil, xalqımızın ən böyük arzusu idi. Bu mənada xalq öz rəhbərinə inanaraq onun ətrafında birləşdi və 44 günlük müharibədə zəfər qələbəsi qazandı, erməni faşistlərini darmadağın etdik. Ermənilər ağ bayraq qaldırdılar, qarşımızda diz çökdülər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Elşad Həsənov deyib. Politoloq hesab edir ki, bu təkcə Azərbaycan diasporu deyil, xalqın böyük fədakarlığının qələbəsi idi:

“Bu qələbənin payından həm də diaspor üzvlərinə düşür. Onlar da qürbətdə boynu bükük, başı aşağı gəzirdilər. Onlar da deyirdilər ki, erməni kimdir ki, Azərbaycan torpaqlarını işğal etsin. Reallığı, həqiqəti hamı bilirdi, o cümlədən diaspora üzvləri də. Məhz bu qələbədən sonra xalqımız kimi diasporumuzun da qəddi-qaməti düzəldi, başını dik tutdu və qələbə sevincini ətrafında yaymağa başladılar”.

E.Həsənovun sözlərinə görə, xarici ölkələrdə yaşayan azərbaycanlılar bu qələbəni böyük ruh yüksəkliyi ilə qarşıladılar:

“Onların nümayəndələri Şuşada Zəfər qurultayı keçirdi. Həmin qurultayda ölkə Prezidenti də çıxış etdi və onların hər birini təbrik etdi. Doğrudan da bunların hər biri fəxr olunası işlərdir”.


Jalə
Diaspora.TV

Şərhlər

Yaz...