Tarix: 27.07.2024 / 08:40
Diasporumuz Azərbaycan multikulturalizmini   necə təbliğ edə bilər?

Diasporumuz Azərbaycan multikulturalizmini necə təbliğ edə bilər?

“Azərbaycan tolerant bir ölkədir. Multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsində həyata keçirilir”.

Bu sözləri Diaspora.TV-yə politoloq Oqtay Qasımov bildirib. O, qeyd edib ki, Azərbaycanda yaşayan bütün milli azlıqlar, etnik qruplar rahat şəkildə özlərinin hüquqlarından istifadə edə bilirlər:

“Bu məsələnin beynəlxalq səviyyədə təbliğinə ciddi ehtiyac var. Hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları ilə bu məsələnin proqram əsasında təbliğ olunması üçün addımlar atmalıdır”.

Oqtay Qasımov bu istiqamətdə müəyyən addımların atıldığını da xatırladıb:

“Amma nəzərə alsaq ki, beynəlxalq səviyyədə Azərbaycana qarşı bu və ya digər formada qərəzli, heç bir əsası olmayan ittihamlar səsləndirilir. Kampaniyanın qarşısını almağın yolu sistemli şəkildə Azərbaycan dövlətinin bu istiqamətdə dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanların ölkəmizdə bərabərhüquqlu və öz dini etiqadlarını, milli-mədəni hüquqlarını sərbəst həyata keçirilməsi ilə bağlı təbliğat aparılmalıdır”.

Politoloq diasporanın bu istiqamətdə fəaliyyətinin önəmli olduğunu vurğulayıb:

“Sadəcə bunu sistemli fəaliyyət növünə çevirmək lazımdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...