“Azərbaycan cəmiyyətini güclü bir amilə çevirmək lazımdır”.
Bu sözləri Diaspora.TV-yə politoloq Zərdüşt Əlizadə diaspor hərəkatını güclü orqanizmə çevirməyin yollarından danışarkən deyib.
Politoloq hesab edir ki, sabah bu güclü amilin biri Azərbaycandan ayrılıb xarici ölkəyə üz tutsa orada güclü idarəedici olacaq:
“Bu gün Azərbaycan cəmiyyəti kənardan zəif görünür. Hətta bəzən düşünmədən qərarlar verib, addımlar atırlar. Öz müstəqilliyinin, azadlığının qədirini bilməyən bir cəmiyyətdir. Onun bir parçası Azərbaycandan gedəndə xaricdə səfeh bir quruma çevrilir”.
Zərdüşt Əlizadənin sözlərinə görə, ilk öncə vətəndaş dövlətinin, xalqının qədrini bilməlidir.
Jalə
Diaspora.TV