Tarix: 28.06.2024 / 08:38
Diasporlar təkliflərini Milli Məclisə ünvanlamalıdırlar   - TƏKLİF

Diasporlar təkliflərini Milli Məclisə ünvanlamalıdırlar - TƏKLİF

“Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” Qanun layihəsi hazırlanarkən diaspor təşkilatlarının fikirləri müzakirədən əvvəl öyrənilməlidir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

A.Abbas bildirib ki, diaspor təşkilatları öz təkliflərini qanun layihəsinin müzakirəsindən öncə Milli Məclisə ünvanlamalıdırlar:

“Diasporla İş üzrə Dövlət Komitəsinin sədri var. O, bununla bağlı Milli Məclisə təkliflərini verə bilər. Amma qanunun müzakirəsi zamanı diaspor təşkilatlarının dəvəti mümkünsüzdür. Onda gərək 200-dən yuxarı şəxs dəvət edilsin”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...