Tarix: 24.09.2024 / 11:55
Diasporla məşğul olan insanlara fərqli münasibət olmalıdır    - Politoloq

Diasporla məşğul olan insanlara fərqli münasibət olmalıdır - Politoloq

“Bütün dünyada vətəndaşlara, vətəndaş olmayan soydaşlara və qeyri-vətəndaşlara fərqli münasibətlər tətbiq etmək praktikası var. Bizim gözümüzün önündə bir neçə lobbi institutları var. İstər rus, istər yunan, istərsə də erməni lobbi institutları və s. Onlar vətəndaşlara münasibətdə konstitusiyanın təmin etmədiyi, amma xoşməramların gözəl nəticələrə gətirib çıxardığı şərtlər formalaşdırıblar”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Yeganə Hacıyeva deyib. O, bu formalaşmanı da bir neçə istiqamətdə aparıldığını vurğulayıb:

“Diaspor fəaliyyəti ilə birbaşa məşğul olan insanlara fərqli münasibət olmalıdır. Hətta vətəndaş deyillərsə belə, onların ana vətəni olan ölkə ilə münasibətlərin dərinləşməsinə gətirib çıxardacaq. Amma bu digər bir tərəfdən də özlərinin aid olduqları vətənlərinin yaşadıqları ölkədə tanınması, öz xalqı haqqında maariflənmə və s. kimi layihələrin həyata keçirilməsi pozitiv addım ola bilər. Burada mənim fikirimcə qeyri-vətəndaş soydaşlarımıza münasibət xaricilərə münasibətdən fərqlənməlidir”.

Yeganə Hacıyeva əlavə edib ki, bu məsələdə bir neçə kriteriya tətbiq etmək olar:

“Məsələn, öz ölkələrində Azərbaycan naminə diaspora fəaliyyəti qurmuş qeyri-vətəndaş soydaşlarımıza qarşı müəyyən imtiyazların olması çox gözəldir. Bu diaspora institutlarının başqa ölkələrdə birbaşa maliyyə ilə deyil, bilavasitə dəstəklənməsi olardı. Bu da daha geniş nəticələrə gətirib çıxardardı”.

Yeganə Hacıyeva qeyd edib ki, bu yanaşma həm də Azərbaycanın digər ölkələrdə diaspor birliklərinin çoxalmasına gətirib çıxarardı:

“Bundan da ən yaxşı nəticəni elə Azərbaycan görəcək”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...