Tarix: 24.09.2024 / 21:00
Diasporla koordinasiya qaneedici səviyyədə deyil    – Siyasi şərhçi

Diasporla koordinasiya qaneedici səviyyədə deyil – Siyasi şərhçi

“Diplomatik korpuslarla diaspor rəhbərləri və dövlətin bu sahəyə məsul qurumları arasında birgə koordinasiya qaneedici səviyyədə deyil”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı deyib. Onun sözlərinə görə, əgər bu sahədə işlər düzgün və effektiv qurulsaydı, o zaman erməni lobbisi və ya diasporunun təşəbbüsü ilə ölkəmizə qarşı qarayaxma kampaniyaları, Azərbaycan həqiqətlərinin təhrif olunması, yanlış formada təqdim edilməsinin qarşısını vaxtında almaq olardı:

“Bunun bir çox subyektiv və obyektiv səbəbləri var. Birincisi, laqeydlik, yəni insanların onlara həvalə edilən işi bacarmamaları, peşəkar olmamalarıdır. Bir çoxları onlara tapşırılan işdən öz şəxsi maraqları üçün faydalanmağa çalışıb. Bu həm diaspor təşkilat rəhbərlərinə, həm diplomatlara, həm də bu sahəyə məsul olan şəxslərə aidddir”.

Siyasi şərhçi bildirib ki, növbəti bir məqam diaspor fəaliyyətinin düzgün qurulmaması və təşkil olunmaması ilə əlaqədardır:

“Nə qədər ki, işlər düzgün qurulmayıb, bu sahədə problemlər qalmaqda davam edəcək. Ən ciddi problemlərdən biri də diaspor rəhbərlərinin Azərbaycan dövlətinin imkanlarından faydalanıb yaşadıqları ölkədə öz korporativ maraqlarını təmin etməyə çalışmalarıdır. Bu və digər amillər birgə effektiv fəaliyyətə mane olur”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...