Tarix: 03.07.2024 / 18:23
Diaspor Komitəsinin “Çağrı mərkəzi”   istifadəyə verilib

Diaspor Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib.

Diaspora.TV komitənin saytına istinadən xəbər verir ki, vətəndaşlar 140 qısa nömrəsinə zəng vurmaqla Komitəyə müraciət edə bilərlər.

“Çağrı mərkəzi” tələblərə uyğun olaraq üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərir, bütün mobil operatorlardan birbaşa zəng və Azərbaycan Diasporuna Dəstək Fonduna yönləndirmə təmin olunub.

Qeyd edək ki, “Çağrı mərkəzi” qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

Şərhlər

Yaz...