Tarix: 25 İyun 2024 08:49 | Baxış sayı: 289
Diasporla bağlı qanunvericilik təşəbbüsü ilə   hansı komitələr çıxış edir?

Diasporla bağlı qanunvericilik təşəbbüsü ilə hansı komitələr çıxış edir?

“Mənə elə gəlir ki, Milli Məclisdə ayrıca Diaspor məsələləri üzrə Komitənin yaradılmasına ehtiyac yoxdur”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Milli Məclis icra strukturu deyil, qanunverici orqandır:

“Parlamentdə ayrı-ayrı istiqamətlər üzrə 15-ə yaxın komitə var. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi də o cümlədən diaspor fəaliyyəti ilə məşğul olur. Diasporla bağlı qanunvericilik təşəbbüsləri bir qayda olaraq Hüquq və Dövlət Quruculuğu və eyni zamanda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrində müzakirə edilir”.

A.Mirzəzadə bildirib ki, dövlətin diaspor sahəsində siyasəti isə ümumən hökumətin parlament qarşısında hesabatında öz əksini tapıb:

“Deputatlar hökumətin ayrı-ayrı istiqamətlər üzrə fəaliyyəti ilə yanaşı, eyni zamanda diaspor siyasəti barəsində vaxtaşırı öz mövqelərini bildirirlər”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs