Tarix: 24.07.2024 / 16:11
Diasporda keyfiyyəti artırmaq üçün dəyişimə ehtiyac var   - Azərbaycanlı fəal

Diasporda keyfiyyəti artırmaq üçün dəyişimə ehtiyac var - Azərbaycanlı fəal

“Diaspor sahəsində koordinasiya və vahid idarəetmə məsələlərində keyfiyyəti artırmaq üçün dəyişimə ehtiyac var”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Y.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin Dövlət və hüquq nəzəriyyəsi kafedrasının baş müəllimi, əvvəllər Ümumrusiya Azərbaycanlılar Konqresində təmsil olunan Musa Dadaşov deyib.

M.Dadaşovun sözlərinə görə, diaspor sahəsində üç əsas dəyişimə ehtiyac var:

“Birincisi ideologiya, ikincisi maliyyə dəstəyi, üçüncüsü isə təşkilatlar özlərinə demokratik yolla rəhbər seçmələridir”.

“Demokratik yol odur ki, həmin şəxslər təşkilatlara avtoriteti olan bir insan seçməlidirlər. Hansının ki, nüfuzu çox yüksəkdir, həmin şəxs diaspor təşkilatının başçısı seçilməlidir. O insan özü ilə birgə komandasını da gətirməlidir. Komanda vasitəsi ilə də vahid idarəetməni təşkil etmək olar. Lakin bu da kifayət etmir. Maliyyə dəstəyi və konkret ideologiyası olmasa o komandanın da imkanları məhdud olacaq”, - deyə M.Dadaşov əlavə edib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...