“2005-ci ildən Belçikada yaşayıram və bura təhsil almaq üçün gəlmişəm. Belçikaya gəldiyimiz zaman burada yaşayan azərbaycanlılar çox az idi. Zaman keçdikcə soydaşlarımızın sayı da artdı”.
Bu sözləri Diaspora.TV-yə müsahibəsində politoloq, biznes və kommunikasiya sahəsində müstəqil konsultant, Belçikada yaşayan soydaşımız Aynur Bəşirova deyib. Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı bir sıra işlər görüblər:
“Gördüyümüz işlərdən ən önəmlisi, ikinci Qarabağ savaşı zamanı həm Belçika parlamenti, həm də Avropa parlamentinə müxtəlif layihələr yazıb göndərmək olub. Ermənilərin Qarabağın tanınması ilə bağlı Belçika parlamentinə təqdim etdikləri layihənin də qarşısını ala bilmişik”.
“Diaspor sahəsində keyfiyyət dəyişikliklərinə necə nail olmaq olar, onu demək çətindir. Düşünürəm ki, hər bir təşkilatda insanların peşəsinə, istedadına uyğun fəaliyyət göstərmələrinə imkan yaradaraq keyfiyyət dəyişikliyinə nail olmaq olar”, – deyə politoloq bildirib.
Həsən Hüseynov
Diaspora.TV