Tarix: 01.07.2024 / 10:55
Diasporda əsas problem:   Rəhbər vəzifə tutanlar bir-biri ilə ünsiyyət qura bilmir

Diasporda əsas problem: Rəhbər vəzifə tutanlar bir-biri ilə ünsiyyət qura bilmir

“AzərRos diaspora təşkilatı Rusiya qanunvericiliyi çərçivəsində Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında aktiv fəaliyyət göstərir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Rusiyada fəaliyyət göstərən “AzərRos”un Hüquq məsələləri Komitəsinin rəhbəri Azər Məmmədov deyib.

“Bu məqsədlə təşkilat tərəfindən keçirilən hər bir tədbirə Rusiyanın ictimai və siyasi təşkilatlarının nümayəndələri dəvət olunur. Azərbaycan tarixinə, mədəniyyətinə və Ermənistan tərəfindən işğala məruz qalması barədə geniş müzakirələr aparılıb. Xüsusən də 44 günlük Vətən müharibəsi dövründə təşkilat bütün tədbirlərində Azərbaycan həqiqətlərini Rusiya ictimaiyyətinə və dövlət orqanlarına aktiv şəkildə çatdırıb”, - deyə müsahibimiz bildirib.

A.Məmmədov diaspora fəaliyyətində qarşılaşdığı problemlər barədə də danışıb:

“Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ümumiyyətlə Rusiyada fəaliyyət göstərən müxtəlif diaspora təşkilatlarının problemləri var. Ən əsas problemlərdən biri zənnimcə təşkilatlar arasında birliyin olmamasıdır. Bunun da müxtəlif səbəbləri var. Əsas səbəbələrdən biri bəzi fərdlərin rəhbər vəzifə tutaraq bir-biri ilə ünsiyyət qura bilməməsidir. Hesab edirəm ki, bu problemin üzərində işlənilsə, problem öz həllini tapar. Düşünürəm ki, eyni zamanda, diaspora təşkilatları arasında birlik yaratmaq məsələsi də öz həllini tapmalıdır, bu artıq zamanın tələbidir”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...