Tarix: 20 May 2024 09:10 | Baxış sayı: 507
Diaspora.TV-ni dünya azərbaycanlılarının televiziyasına çevirmək olar   - Millət vəkili

Diaspora.TV-ni dünya azərbaycanlılarının televiziyasına çevirmək olar - Millət vəkili

"Diaspora.TV artıq fəaliyyət göstərir. Onu dünya azərbaycanlılarının televiziyasına çevirmək olar".

Diaspora.TV xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Romada keçirilən IV Forumu ilə bağlı video-müraciətində deyib.

S.Rüstəmxanlı qeyd edib ki, Diaspora.TV həm də dünya azərbaycanlılarının tədris mərkəzinə çevrilə bilər:

"Bunun həm də xeyri xüsusilə Güney Azərbaycandakı soydaşlarımıza dəyə bilər".

Xatırladaq ki, yaxın günlərdə Diaspora.TV-də yeni layihə - "Dərs saatı" təqdim olunacaq. Bu layihə vasitəsilə dünyada yaşayan azərbaycanlılara "Azərbaycan dili", "Azərbaycan tarixi" və "Azərbaycan ədəbiyyatı" ilə bağlı video - dərslər təqdim olunacaq. Dərslərə soydaşlarımız həm Diaspora.TV-nin "Dərs saatı" rubrikası, həm də youtube kanalımız vasitəsilə baxa biləcəklər.

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır