“Əlbəttə ki, ilk növbədə vətənpərvərlik istiqamətində davamlı təbliğat aparılmalı və bu təbliğatın ictimailəşdirilməsi çox vacibdir”.
Bu sözləri Diaspora.TV-yə jurnalist-publisist Nəzirməmməd Zöhrablı diaspor və medianı birləşdirəcək ortaq amildən danışarkən deyib. Onun sözlərinə görə, hədəflər eyni olanda onların birləşdirilməsi mütləqdir:
“Birinin işini digəri tirajlayır və bu zaman yaxşı nəticələr alınır. Diasporanın işi dünya boyu səpələnmiş soydaşlarımızla işləmək, onların problemlərini öyrənmək, çözmək, əlaqələrini, tədbirlərini koordinasiya etmək, vətənlə onları əlaqələndirmək, yeri gəldikcə imkan daxilində onlara diplomatiya xətti ilə mənəvi və maddi yardımlar etməkdir. Bunlarsa kütləvi informasiya vasitələrinin üzərindən mümkün olduğundan diaspora ilə medianın əlaqələri sıx surətdə bağlı olmalıdır”.
N.Zöhrablı hesab edir ki, diaspora və media biri digərini yaxşı mənada təqib etməlidir:
“Diasporanın işi mediasız heç bir effekt verə bilməz. Bu mənada diaspora daha çox medianın təbliğatına möhtacdır da deyə bilərik”.
Jalə
Diaspora.TV