Tarix: 05.08.2024 / 13:14
Diasporun inkişafı üçün konkret məqsədlər hazırlanmalıdır   - Sədr

Diasporun inkişafı üçün konkret məqsədlər hazırlanmalıdır - Sədr

“Koordinasiya orqanı vəzifələrini yerinə yetirmək üçün dəqiq müəyyən edilmiş səlahiyyətlərə və resurslara malik olmalıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Çexiyada fəaliyyət göstərən “Natəvan” Cəmiyyətinin sədri, şairə Leyla Cəfərova deyib.

Müsahibimizin sözlərinə görə, diasporanın inkişafı və inteqrasiyası üçün konkret məqsədlər və vəzifələrin strategiyası hazırlanmalıdır:

“Fəaliyyət planı müxtəlif təşkilatlar və diaspor icmaları arasında işin koordinasiyasına yönəlmiş tədbirləri əhatə etməlidir. Həmçinin, müxtəlif təşkilatlar və diaspor icmaları arasında məlumat mübadiləsini yaxşılaşdırmaq lazımdır. Eyni zamanda, diaspor üzvləri üçün mədəni kimliyin qorunması, təhsil imkanlarının yaxşılaşdırılması üçün proqramlar təşkil edilməlidir. Bu, mədəni festivallar, axşamlar və forumlar, dil kursları, təcrübə mübadiləsi proqramlarını əhatə edə bilər”.

L.Cəfərova əlavə edib ki, diaspor üzvləri arasında biznes və sahibkarlıq fəaliyyətini dəstəkləyən mexanizmlər də yaratmaq olar:

“Təbii ki, bu maliyyələşmə də məsləhət və təlim proqramlarını əhatə edə bilər. Problemləri müəyyən etmək, həlli yollarını göstərmək üçün diasporanın vəziyyətini müntəzəm olaraq sorğular və analizlər vasitəsi ilə monitorinq etmək lazımdır. Eyni zamanda, bu məlumatlardan strategiya və fəaliyyət planlarının tənzimlənməsi üçün istifadə etmək olar. Həmçinin, digər xalqların diasporları ilə əməkdaşlıq qurmaq, təcrübə mübadiləsinin zəruriliyini düşünürəm”.

L.Cəfərova qeyd edib ki, diaspor üzvlərinin qərar qəbul etmə prosesində müntəzəm olaraq geri dönüş və iştirakını təmin edən mexanizmlər qurmaq lazımdır.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...