Tarix: 01.07.2024 / 12:17
Diasporamızın “Made in Azerbaijan” brendini təbliği   effekt verə bilərmi?

Diasporamızın “Made in Azerbaijan” brendini təbliği effekt verə bilərmi?

“Düşünmürəm ki, “Made in Azerbaijan”ın diaspor təşkilatlarının tanıtımı ilə hər hansı bir uğura imza ata bilər”.

Bu sözləri Diaspora.TV-yə iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspert bunu uğursuz təşəbbüs hesab etdiyini diqqətə çatdırıb:

“Şirkətlər öz məhsullarını keyfiyyəti, uzun müddətli dövriyyəsi ilə brendləşdirir və onun reputasiyasını formalaşdırırlar. Dövlətin hər hansı qurumlarının bu məsələyə cəlbi sadəcə resursların səmərəsiz xərclənməsinə gətirib çıxardacaq və heç bir effekt də verməyəcək. Hesab edirəm ki, bu uğursuz bir cəhd ola bilər. Bundan əlavə təşkilatın sahibkarlıq, kommersiya işlərinə qoşulması da bunun davamı ola bilər. Hesab edirəm ki, diaspora təşkilatları öz nizamnamələrində göstərilən şərtləri effektli şəkildə həyata keçirsələr daha məqsədəuyğun olar”.

X.Kərimli “Made in Azerbaijan”ın tanınmasının birbaşa şirkətlərə məxsus olduğunu vurğulayıb:

“Bu baxımdan dövlət təşkilatlarının burada hər hansı rolunun effektli olacağını güman etmirəm. Diaspora təşkilatı büdcədən maliyyələşir, dövlət təşkilatıdır. Onların 10 il bundan əvvəlki fəaliyyətinə baxsaq, məsələn, bu illər ərzində perfomans göstəriciləri, hansı nailiyyətlər əldə ediblər və yaxud da yarananda qarşılarına hansı məqsədləri qoymuşdular, hansı nəticələr əldə ediblər və s. bunların hər biri ciddi surətdə yoxlanılmalıdır. Güman edirəm ki, onlar yaxşı bir nəticə verməyib”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...