Tarix: 08.10.2024 / 08:37
Diasporamız yad mühitə düşəndə davranış problemi çəkmirlər    - Deputat

Diasporamız yad mühitə düşəndə davranış problemi çəkmirlər - Deputat

“Azərbaycan multikultural dəyərlər ölkəsidir. Azərbaycanda multikulturalizm ayrıca təbliğ olunmalı deyil, çünki multikulturalizmin özü bir həyat tərzidir”.

Bu sözləri Diaspora.TV-yə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputatın fikirincə, Azərbaycanın diaspor nüməyəndələri yad mühitə düşəndə davranış problemi çəkmirlər:

“Multikultural mühitin yetişdirdiyi sosial varlıqlar olduqları üçün yaşadıqları ölkələrdə çox asan mühitə alışırlar. Özlərini bu mühitdə doğma hiss edirlər. Şübhəsiz ki, diasporamızın bu keyfiyyəti, diaspor nümayəndələrimizin sosial varlıq olaraq multikultural mühitdən çıxmaları onların yaşadıqları ölkənin cəmiyyətinə daha tez adaptasiya olunmalarına imkan yaradır”.

Hikmət Babaoğlu qeyd edib ki, məhz bunun nəticəsində qarşılıqlı bir rabitə yaranır:

“Həm Azərbaycan, həm də diaspora mühiti arasında bağlanılan rabitə bizi gücləndirən faktordur. Eyni zamanda diaspora nümayəndələrimizin qayıdışı yaşadıqları mühitin sosial, mədəni əlaqələrinin Azərbaycana gətirilməsi, Azərbaycan mühitinin əlaqələrinin xaricə daşınması çox güclü bir rabitə yaradır. Bu da Azərbaycanın dünyaya açılması, dəyərlərin tanıdılması, eyni zamanda başqa xalqların multikultural, tolerantlıq dəyərlərinin Azərbaycana gətirilməsi baxımından əhəmiyyət kəsb edir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...