“Atam Bakıda doğulub yaşayıb. Mən də milliyyətcə azərbaycanlıyam”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında “АMOR” - Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının üzvü, Rusiyada yaşayan soydaşımız Dəniz Rzayeva deyib.
“Atam ikitərəfli münasibətlərin rifahı naminə diasporda çalışıb. Bir zamanlar mən də Moskvada diaspora (“АMOR”) üzvü olmuşam”, - deyə müsahibimiz bildirib.
D.Rzayeva əlavə edib ki, diaspora verdiyi faydalardan biri də xeyriyyəçilikdir:
“Uşaq evlərinə xeyriyyə səfərləri təşkil edərək, uşaqlar və yeniyetmələrin gələcəkdə peşə seçmələri üçün “master class” keçmişəm. Bu, həm universitetdəki icmam çərçivəsində, həm də sonralar beynəlxalq məsələlər üzrə mütəxəssis kimi işlədiyim zamanlar baş verib”.
Həsən Hüseynov
Diaspora.TV