Tarix: 15.03.2024 / 12:21

“Diaspora TV”-də Ramazan söhbətləri

Xəbər verdiyimiz kimi, “Diaspora TV” Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) YouTub kanalı kimi fəaliyyətini bərpa edib. “Diaspora TV”-nin ilk verilişi Ramazan ayına təsadüf etdiyi üçün “Dünyada yaşayan azərbaycanlılar Ramazanı necə qeyd etməlidir?” mövzusu ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, Təzə Pir Məscidinin imamı Hacı Şamil Rəsulov iştirak edib.

Hacı Şamil Rəsulov Ramazan və onun fəzilətləri, oruc tutmağın dini və sosial mahiyyəti, dünyada yaşayan azərbaycanlıların Ramazan ayını necə qeyd etmələri barədə suallara aydınıq gətirib.

Xatırladaq ki, “Diaspora TV” diaspor təşkilatları arasında informasiya vakumunun yaranmasının qarşısını almaq, iş birliklərinin, dialoqların yaranmasına kömək etmək, xarici ölkələrdə dövlətimizin imicini qaldırmaq üçün müxtəlif layihələr həyata keçirmək, xaricə getmək istəyənlər üçün maarifləndirici verilişlər hazırlamaq, diaspor fəalları ilə müsahibələr, xüsusi proqramlar hazırlamaq, bacarıqlı adamları diaspor işinə cəlb etmək və s. sahələr istiqamətində fəaliyyət göstərəcək.

Şərhlər

Yaz...