Tarix: 24.07.2024 / 12:24
Diaspora təşkilatlarının fəaliyyətini reallaşdırmalıyıq   - Politoloq

Diaspora təşkilatlarının fəaliyyətini reallaşdırmalıyıq - Politoloq

“İkinci Qarabağ müharibəsindən sonra informasiya cəbhəsində düşmənlə mübarizə aparmağımız çox vacib və əhəmiyyətli addımlardan biridir. Əslində müharibədən öncə keçmiş münaqişə dönəmində Azərbaycanın Ermənistanla bütün istiqamətlərdə, o cümlədən diaspora və lobbi təşkilatları müstəvisində mübarizəsi vacib idi. Amma İkinci Qarabağ müharibəsi bizim qələbəmizi Ermənistanın kapitulyasiyasını reallaşdırdı və Azərbaycan ərazi bütövlüyünü təmin etdi”.

Bu sözləri Diaspora.TV-yə politoloq Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, Azərbaycanın qələbəsinin beynəlxalq səviyyədə tanınması, qəbul edilməsi istiqamətində diaspora təşkilatlarının üzərinə böyük vəzifələr qoyur:

“Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsində kadr islahatlarına gedildi. Bu dəyişikliklər əvvəlki fəaliyyətdən razı olmamağın bir təzahürü idi. Amma hər bir halda buna paralel biz beynəlxalq müstəvidə düşmənə qarşı döyüş meydanlarında əldə etdiyimiz qələbənin qəbul etdirilməsi, o cümlədən də siyasi və diplomatik müstəviyə paralel olaraq informasiya cəbhəsində mübarizəmizi aparırıq”.

Xəyal Bəşirovun fikirincə, bu informasiya cəbhəsində aparılan mübarizənin istiqamətlərindən biri də diaspora təşkilatları ilə bağlıdır:

“İstəsək də, istəməsək də bu gün dünyada diaspora və lobbi təşkilatları böyük rol oynayırlar. Baş verən proseslərdə, xüsusi ilə də Ermənistanın diaspora və lobbi təşkilatları, hətta hüquqa və qanunazid addımlarına baxmayaraq, Azərbaycana qarşı bütün imkanlardan istifadə edirlər. Təbbi ki, biz buna müşahidəçi qismində baxa bilmərik. Bizim də bu istiqamətdə kifayət qədər resurslarımız var. Bu gün dünyanın hər tərəfində azərbaycanlılar yaşayır. Deməli, diaspora təşkilatlarının fəaliyyətini reallaşdırmalıyıq”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...