Tarix: 05.07.2024 / 18:24
Diaspora sistemli yanaşma yoxdur   - Sevinc Əsgərova

Diaspora sistemli yanaşma yoxdur - Sevinc Əsgərova

“Tərbiyə etdiyim insanların timsalında Azərbaycanlıların nə qədər mədəni, savadlı, işgüzar, ədalətli olduqlarını ətrafımızdakı insanlara nümayiş etdirmək əsas məqsədim olub”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki, Avropa Plastik və Rekonstruktiv Oftalmocərrahlar Cəmiyyətinin (ESOPRS) həqiqi üzvü, N.İ.Piroqov adına Rusiya Milli-Tədqiqat Tibb Universitetinin professoru, tibb elmləri doktoru, oftalmocərrah Sevinc Əsgərova deyib.

“Səlahiyyətlərim çərçivəsində həmyerlilərimə dəstək olmaq, reallıqları öz prizmamdan pasientlərimə, həmkarlarıma, tələbələrimə çatdırmaq üçün çalışıram”, - deyə S.Əsgərova bildirib.

Müsahibimiz diaspora fəaliyyətində qarşılaşdığı problemlər barədə də danışıb:

“Diaspor fəaliyyətimizdə əsas problem sistemli yanaşmanın olmamasıdır. Həll yolu kimi, prosesi vətənpərvər professionallara həvalə etmək lazımdır”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...